- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev qadın voleybolçulardan ibarət CEV kuboku yarışlarına təyinat alıb.
Allsport.az xəbər verir ki, o, turnirin təsnifat mərhələsinin birinci oyunları çərçivəsində Rusiya klubları – “Proton” və “Uraloçka” arasında keçiriləcək görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi belaruslu Sergey Vaitsiaxoviç olacaq.
Görüş noyabrın 17-də Rusiyanın Saratov şəhərində keçiriləcək.
Komandalar arasında cavab oyunu noyabrın 23-də Yekaterinburqda (Rusiya) təşkil olunacaq.