- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev yeni təyinat alıb. Allsport.az xəbər verir ki, o, CEV kubokunda “Dinamo Kazan” (Rusiya) – “Potsdam” (Almaniya) komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu türkiyəli baş hakim Bülent Bozkurt idarə edəcək.
Turnirin 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də Kazanda təşkil olunacaq.