Zirvə oyunlarında hansı ağırlıqqaldıranlar qalib oldu?

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə 4-cü Zirvə oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən tədbirdə mübarizəyə son olaraq ağırlıqqaldıranlar qoşulublar. Ölkənin əksər regionlarından gəlmiş 50-yə yaxın idmançı körpücük üzərinə çıxıblar.

2004-2007-ci il təvəllüdlü oğlanlar, 2000-2006-cı təvəllüdlü qızlar öz yaş qruplarında qalibləri müəyyən ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışda mükafatçıların adları məlum olub. Onlara “Zirvə” Beynəlxalq İdman Klubunun medal və diplomları təqdim olunub (tam nəticələrlə zirve-ik.com-da tanış ola bilərsiniz).

Həmin kateqoriyadan