“Zirvə” voleybol klubunu ziyarət

Azərbaycan voleybol federasiyası regional inkişaf mərkəzinin rəhbəri və Avropa voleybol konfederasiyasının avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılova “Zirvə” voleybol klubunu ziyarət edib.

Allsport.az saytı xəbər verir ki, CEV-in regional inkişaf mərkəzlərinin xətti ilə uşaqlar arasında voleybol idman növünün inkişaf layihəsi çərçivəsində baş tutan ziyarət zamanı federasiya rəsmisi azyaşlı və yeniyetmə voleybolçulara bu idman növü haqqında ətraflı məlumat verib, Azərbaycanda voleybolun inkişafından danışıb.

Xırdalan şəhərində yerləşən “Zirvə” voleybol klubunda qonaq olan həmyerlimiz, burada uşaqlar arasında təşkil olununan yoldaşlıq oyununlarını da izləyib. Ardınca uşaqlara voleybol topları hədiyyə edilib.

Həmin kateqoriyadan