“Zirvə”nin bədii gimnastları “Aquatic Cup”da fərqləniblər

Paytaxtda bədii gimnastika üzrə “Aquatic Cup 2019” beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanla ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları iştirak ediblər.

5-15 yaşlılar arasında mübarizə Bakı idman sarayında baş tutub. 2 gün davam edən yarışlarda idmançılar müvafiq yaş qrupları və kateqoriyalarda çıxış ediblər.

Onların arasında “Zirvə”nin üzvü də olub. Çoxnövçülükdə Röya Balakişiyeva gümüş, Səlimə İsmayılova bürünc medal qazanıblar.

Həmin kateqoriyadan