Ziya Rəcəbov yenidən İndoneziya çempionatında

Ziya Rəcəbov yenidən karyerasını İndoneziya çempionatında davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, 40 yaşlı mütəxəssis qadın voleybolçulardan ibarət “Cakarta Elektrik PLN” klubu ilə 1-illik anlaşıb. Həmyerlimiz noyabrda işə başlayacaq.

O, “Rabitə” və “Telekom” komandalarında çalışıb, “Azəryol”a baş məşqçi təyin olunub və debütdə klubu CEV kubokunda 3-cü yer tutub. 

Kişilərdən ibarət yığmada da məşqçi kimi çalışmış Rəcəbov, İslam həmrəyliyi oyunlarında 2-ci yeri tutub. O, 2020-ci ildə Pertamina “Cakarta”sına çempionluq qazandırıb.

Həmin kateqoriyadan