Zoran Qayiç daha 2 il “Telekom”da

Ölkə çempionatının Superliqasında 2-ci yeri tutan qadın voleybolçulardan ibarət “Telekom” klubu yeni mövsümdə də avrokuboklarda iştirakını davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, “sarı-qırmızılar” Çempionlar Liqasında rəqabətə qrup mərhələsindən başlayacaq. Komanda serbiyalı baş məşqçi Zoran Qayiçlə müqaviləni 2 il də uzadıb.

Məlumat üçün bildirək ki, “Telekom” komandası Azərbaycanda idmanın voleybol növünə olan marağın artdığını nəzərə alaraq, habelə sağlam həyat tərzinin təbliği və idmanın daha da ictimailəşdirilməsi məqsədilə uşaq voleybol məktəbini yaratmağı da planlaşdırır.

Həmin kateqoriyadan