- Baxış sayı: 34
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 60
- Oktyabr 10, 2024
- 0
“Təhsil” respublika idman mərkəzinin Zuğulba tədris idman bazasında yunan-Roma güləşi üzrə açıq məşq keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan güləş federasiyasının icraiyyə komitəsinin üzvü Fərid Mansurov, olimpiya mükafatçısı, 2-qat dünya, 3-qat Avropa çempionu Rafiq Hüseynov, Avropa və dünya mükafatçısı Taleh Məmmədov, milli komandanın məşqçisi Elvin Mürsəliyev gənc idmançılara söz açıb, onlara məsləhətlərini veriblər.
Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili, gənc idmançıların texnika və taktikasının təkmilləşdirməsi, güləşin təbliği və inkişaf etdirilməsindən ibarət olub.
Sonda açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.