- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Voleybol hakimi Eldar Zülfüqarov yeni ildə ilk beynəlxalq təyinatını alıb. Allsport.az xəbər verir ki, o Türkiyədə qadın voleybolçulardan ibarət “Fənərbağça” və Almaniyanın “Ştutqart” komandaları arasında çempionlar liqasının qrup mərhələsinin dördüncü turunun oyununu idarə edəcək.
İstanbulda, Burhan Felek voleybol mərkəzində keçiriləcək oyunda Eldar Zülfüqarova rumıniyalı Paul Szabo-Aleksi kömək edəcək.
Qarşılaşma yanvarın 18-i baş tutacaq.