100 illiyə həsr olunan üzgüçülük yarışı başladı

Allsport.az xəbər verir ki, Bakı su idman sarayında üzgüçülük üzrə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin açılış mərasimi keçirilib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış iştirakçıları və hakimlər briqadası azarkeşlərin alqış sədaları altından zala daxil oldular.

Tədbiri açıq elan Azərbaycan üzgüçülük federasiyasının prezidenti Xanlar Fətiyev idmançılara yarışlarda uğurlar arzuladı.

Sonra yarışların start fiti çalındı, müxtəlif yaş dərəcələrində və müxtəlif üsüllarda 127 üzgüçü mübarizəyə başladı.

Azərbaycan üzgüçülük federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda 18 komanda açıq yaş qrupunda öz güclərini sınayacaqlar.

İki gün davam edəcək turnirin sonunda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.

Həmin kateqoriyadan