- Baxış sayı: 120
- 01 Dekabr 2023 16:54
- Baxış sayı: 36
- Aprel 23, 2024
- 0
Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandası və “Synergy Baku” kontinental komandasının üzvü Tural İsgəndərov İtaliyada 23 yaşadək velosipedçilər arasında təşkil olunan birgünlük “Custoza” Qran-Prisində mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, kifayət qədər çətin marşrutu ilə diqqət çəkən yarış velosipedçimizin uğurlu çıxışı ilə yadda qalıb.
125 km-lik mübarizənin yekununda yalnız 18 velosipedçi finiş xəttinə yetişə bilib ki, onların arasında həmvətənimiz də var – Tural yarış qalibindən 2 dəqiqə 20 saniyə geri qalmaqla 10-cu nəticə göstərib və təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq və bu yürüşlər ilin əsas yarışına hazırlıq xarakteri daşıyır.