2 iyul – beynəlxalq idman jurnalistləri günüdür!

2 iyul beynəlxalq idman jurnalistləri günüdür. Allsport.az saytı xəbər verir ki, 1995-ci ildən başlayaraq AİPS-in təşəbbüsü ilə hər dəfə bu bayram qeyd edilir.

1924-cü il iyulun 2-də Parisdə beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – beynəlxalq idman mətbuatı assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AİPS beynəlxalq KİV-lə idmançılar və himayədarlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.

Hazırda dünyanın 130 ölkəsi bu qurumda təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan idman jurnalistləri assosiasiyası təmsil edir. AİPS ilə fəal əməkdaşlıq edən Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə ev sahibliyi edib.

Həmin kateqoriyadan