2-yerlik qayıqda fərqlənən avarçəkənlərimizin təəssuratları nə oldu?

“Kür” olimpiya tədris idman mərkəzində Mingəçevir reqatasında 2-yerlik qayıqda da fərqlənən avarçəkənlərimiz oldu. Rəşad DadaşovRiyad İsmayılzadə kayakda 200 və 500 metr məsafələrə yürüşdə rəqiblərini qabaqladılar.

Yeniyetmə idmançılar allsport.az saytına verdikləri açıqlamada uğurun davamını gətirmək üçün daha çox çalışacaqlarını dedilər. Bildirdilər ki, Azərbaycan kanoe və avarçəkmə federasiyasının rəhbərliyində baş verən dəyişikliklər yenidən canlama yaradıb. Daim təşkil edilən təlim-məşq toplanışları və beynəlxalq səfərlər yeni qələbələrə yol açır.

Rəşad Dadaşov

Həmin kateqoriyadan