200-dən çox azyaşlı üzgüçü gücünü sınadı.

16-17 mart 2024-cü il tarixlərində gənclər və idman nazirliyi, Azərbaycan üzgüçülük federasiyasının və Bakı şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə “Parlaq ulduz” uşaq liqasının 1-ci mərhələ yarışları keçrilib.

Allsport.az xəbər verir ki, üzgüçülük federasiyasının mətbuat xidmətindən verilən məlumata görə Şaqan olimpiya idman komleksində təşkil olunan turnirdə 16 komandada 200-dən çox kiçik yaşlı uşaqlar mübarizə aparıblar. Yarışda üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti iştirak edib. Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə yarış çərçivəsində məşqçilər korpusu ən perspektivli idmançıların aşkar olunması və onların gələcəkdə milli komandanın rezerv komandasının formalaşdırılmasında yaxından iştirakı nəzərdə tutulur:

“Yarışların 2-ci mərhələsi aprel ayında Sərhədçi Olimpiya İdman klubunda keçiriləcək. Sonuncu final mərhəsi isə may ayında Bakı su idman sarayında təşkil olunacaq. Final mərləsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər. Əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərimizin aşkar olunması və onların məşqçilərimizin nəzarəti altında məşqlər keçərək milli komandanın rezerv komandasına cəlb olunmasıdır” deyə R. Əbdürrəhmanov əlavə edib.

Həmin kateqoriyadan