AÇ-nin son günündə daha 4 medal

Buxarestdə güləş üzrə Avropa çempionatına bu gün yekun vurulub.

Allsport.az xəbər verir ki, yarışın son günündə 4 güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb.

61 kq-da Nürəddin Novruzov bürünc medal uğrunda Georgi Vangelovu (Bolqarıstan) məğlub edib.

74 kq çəki dərəcəsində Turan Bayramov da 3-cü yer uğrunda Məhəmməd Əliəsgərə (İspaniya) qalib gəlib.

86 kq-da Arseniy Djioyev bürünc uğrunda görüşdə Arslan Baqayevi (AİN) məğlub edib.

125 kq çəki dərəcəsində Georgi Meşvildişvili bürünc medal uğrunda qarşılaşmada Murazi Mçelidzeyə (Ukrayna) qalib gəlib.

Həmin kateqoriyadan