Açılış oyununda hansı klub qalib gəldi?

“Sərhədçi” olimpiya idman mərkəzində basketbol üzrə 28-ci ölkə çempionatı start görürüb. Allsport.az saytı xəbər verir ki, açılış oyununda NTD komandası “Sərhədçi”yə 77:71 qalib gəlib.

Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan basketbol federasiyasının prezidenti Emin Əmrullayev, milli məclis sədrinin müavini Adil Əliyev, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və dövlət sərhəd xidmətinin rəis müavini Abbas Xəlilov qarşılaşmanı izləyənlər arasında olublar.

Həmin kateqoriyadan