Ağırlıqqaldıranımıza ağır cəza: 12 il yarışlara qatılmayacaq

2 idmançımız dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb. Allsport.az xəbər verir ki, milli antidopinq agentliyi Həsənbəy HəsənzadəKamran Orucovun diskvalifikasiyaya məruz qaldlğını açıqlayıb.

Ağırlıqqaldıran Həsənbəy Həsənzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/ oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb.

O, bu səbəbdən 12 il cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2019-cu il martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.

Azərbaycan çempionatında çıxış etmiş Kamran Orucov 2 il yarışlara qatıla bilməyəcək. Onda Stimulyantlar/ 4-methylhexan-2-amine (methylhexaneamine) aşkarlanıb. Kamranın cəzası 2022-ci il mayın 8-də başa çatacaq.

Həmin kateqoriyadan