Ağırlıqqaldırma millisi Naim Süleymanoğlunun xatirə turnirində

Noyabrın 15-17-də Anqarada ağırlıqqaldırma üzrə 3-qat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 20 ölkədən 100-ə yaxın idmançı çıxış edəcək.

Bu sınaqda Azərbaycan millsi də mübarizə aparacaq. Baş məşqçi Emil Əliyevin rəhbərliyi ilə qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

Həmin kateqoriyadan