Akrobatlarımız İtaliyada 3 medal qazandı

29 sentyabr – 3 oktyabr tarixlərində İtaliyanın Pesaro şəhərində akrobatika gimnastikası üzrə Avropa çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, qitə çempionatında ölkəmizi böyüklərin qarışıq cütlük yarışında Ağasif Rəhimov və Raziyə Seyidli, kişi cütlərin mübarizəsində Murad Rəfiyev və Daniel Abbasov, gənclər yaş qrupunda isə Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil ediblər.

İlk gündə qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27.400 xal alaraq bürünc medal qazanıb.

Ağasif və Raziyə isə komandamızın hesabına iki medal əlavə edib. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86.470 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Cütlük yarışın son günü temp hərəkətlərinə görə üçüncü yeri tutub.

Rəfiyev və Abbasov isə ən yaxşı nəticəni qarışıq hərəkətlər proqramı üzrə göstərərək 5-ci yerlə kifayətləniblər.

Həmin kateqoriyadan