Allsport.az badminton federasiyasının 60-illik yubileyinə həsr olunan yazı müsabiqəsində 1-ci olub!

Azərbaycan badminton federasiyası və idman jurnalistləri ictimai birliyinin birgə təşkilatçılığı ilə yazı müsabiqəsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, oktyabrın 16-dan noyabrın 10-dək davam edən yazı müsabiqəsində 12 yazı münsiflər heyəti tərəfindən 10 ballıq şkala ilə qiymətləndirilib.

AİJİB tərəfindən formalaşdırılan münsiflər heyətində əməkdar jurnalist Qabil Abbasoğlu (Pressklub.az), Bakı dövlət universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, qurumun idarə heyətinin üzvü Sənan Şəfizadə (ATV) ilə yanaşı, Respublika dərəcəli hakim Mahmud Məmmədov və ABF-nin baş katibi Ramil Hacıyev yer alıblar.

Mükafatlandırılma zamanı çıxış edən münsiflər heyəti hər bir yazı müəllifinə təşəkkür edərək müsabiqənin əsas məqsədinin media vasitəsilə badmintonun təbliğatına xidmət etdiyini bildirib.

Tədbirin sonunda AİJİB prezidenti Azər İsmayıl qaliblərin adlarını açıqlayıb. İlk 3 yeri Kamran Hacı, Səbuhi Musa və Anar Xanlarov tutublar. Qailblər 500 manat pul mükafatına layiq görülüb. Eyni zamanda digər yazı müəllifləri diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Həmin kateqoriyadan