Almaniya rusiyalı avarçəkənlərə Avropa çempionatı üçün viza vermədi

Rusiya avarçəkənləri Almaniyada 23 yaşlıların Avropa çempionatında iştirak edə bilməyəcək. Allsport.az saytı xəbər verir ki, yarışın buraxılmasına səbəb ev sahiblərinin viza verməkdən imtina etməsi olub. Ötüşmələr avqustun 25-27-də Krefeld şəhərində keçiriləcək.

Rusiya avarçəkmə federasiyasının bildirildiyi kimi, təşkilat komitəsi yarışda iştirak üçün ərizələri qəbul edib, idmançılar iştirakçılar siyahısındadır. Çempionatda Aleksandr Yakovlev, Anastasiya Lübiç, Oleq Dudko və İvan Kladovun iştirak edəcəyi planlaşdırılırdı.

“Almaniya bizə viza açmadı və təəssüf ki, Avropa çempionatına getməyəcəyik. Elan edilmiş bütün iştirakçılar 23 yaşadək gənclər arasında Belarusun açıq çempionatına yollanacaq”, – Rusiya yığmasının baş məşqçisi Aleksandr Züzin bildirib.

Həmin kateqoriyadan