- Baxış sayı: 59
- 11 İyul 2025 14:41
- Baxış sayı: 137
- İyul 20, 2025
- 0
“Nərimanov” rayon idman klubunun taekvondoçuları Qazaxıstan və Özbəkistanda keçirilən açıq beynəlxalq turnirlərdə ölkəni uğurla təmsil ediblər.
Allsport.az xəbər verir ki, İyunun 1-də Almatı şəhərində keçirilən yarışda Rüqəyyə Əliyeva (28 kq) və Aylin Salahlı (41 kq) qızıl, Çilingir Göyalp (36 kq) isə gümüş medal qazanıblar.
Daha sonra Daşkəndə yola düşən təmsilçilər iyunun 7-də “Grand Master” taekvondo klubunun təşkilatçılığı ilə keçirilən turnirdə qüvvələrini sınayıblar. Klub üzvlərindən Çilingir Göyalp (36 kq) bu dəfə bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Aylin Salahlı (41 kq) isə çempionluğunu bir daha sübut edib. Rüqəyyə Əliyeva (28 kq) isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.