FOTO
Yanan əsmər Rusiyada bir amerikalının ürəyini oğurladı. Onun xatirinə xokkeyçi KXL-də qaldı

Müasir dövrdə KXL-ə xarici oyunçu cəlb etmək hər hansı bir baş menecer üçün olduqca çətin bir tapşırıqdır. Allsport.az xəbər verir ki, lakin ötən mövsüm “Salavat Yulayev” klubu “San Xose”dən gənc hücumçusu Aleksandr Xmelevskini transfer edib. O, Rusiyadan olan ABŞ vətəndaşıdır. Tez bir zamanda Ufa təmsilçisinin lideri olan Aleksandr, azarkeşlərin rəğbətini asanlıqla qazanıb. Həmçinin o, öz yarını məhz Rusiyada tapıb.

Xmelevski ötən mövsüm Diana ilə tanış olub. Gənclər martın sonunda ilk birgə fotolarını sosial şəbəkələrdə yerləşdiriblər. “Salavat” Qaqarin kubokunun ilk mərhələsində “Admiral”a uduzduqdan sonra cütlük tətil üçün Dubaya yollanıb. Mövsüm başa çatandan dərhal sonra Aleksandr klubla müqaviləsini uzadıb.

Diana sosial şəbəkələrdə o qədər də fəal deyil. O, şəxsi həyatını gizli saxlamağa üstünlük verir. Onun səhifəsində xokkey oyunçusu ilə yalnız bir şəkil var. Gözəlçənin heyrətamiz bədən quruluşu var və o, çimərlik paltarında fotolarını paylaşmaqdan çəkinmir.

Həmin kateqoriyadan