FOTO
“Mən Rusiya üzgüçülüyünün yeni ümidiyəm, yoxsa seks simvolu?”

Allsport.az xəbər verir ki, 2021-ci ilin yazında üzgüçülük üzrə Avropa çempionatının ikiqat mükafatçısı Anna Yeqorova jurnalistlərə maraqlı açıqlama vermişdi:

“Mən Rusiya üzgüçülüyünün yeni ümidiyəm, yoxsa seks simvolu? Bilmirəm. Həyatımda ilk dəfədir ki, belə bir sualla qarşı qarşıyayam. Amma seks simvolu olmaqdansa, üzgüçülüyün ümidi olmağı üstün tuturam. Amma mən “instaqram”ı sevirəm və bu baxımdan Yuliya Efimova ilə rəqabətə qarşı deyiləm. Tez-tez orada paylaşımlar edirəm, bu məni əyləndirir, sosial şəbəkələri özüm idarə edirəm. Azarkeşlər mənə çox yazır, həm də pis şeylər. İnsanları bloklamaq məcburiyyətində qalıram”.

Eqorova, Kalininqradda anadan olub və uşaq ikən sinxron üzgüçülük və tennislə məşğul olub. O, çox da uğurlu olmayıb. Amma bir gün Annadan klassik üzgüçülük turnirində iştirak etməsi xahiş olundu – əsas heyətdən bir nəfəsi əvəz etmək lazım idi. Nəticə hər kəsi şoka saldı: Eqorova bir dəstə qızıl mükafat toplamağı bacarmışdı.

Həmin kateqoriyadan