Tanınmış idman şərhçisi ailəliklə orduya maddi və tibbi yardım edir

Uzun illər “Azərbaycan” televiziyasında şərhçi işləyən və idman həvəskarlarına çılğın aparıcılığı ilə, hazırda fəaliyyətini özəl sahədə davam etdirən Altay Əliyev də ordumuza dəstək olub.

Allsport.az saytının məlumatına görə, o, silahlı qüvvələrə yardım fonduna 5000 manat maddi yardım edib. Bundan savayı, həmkarmız şəxsi təşəbbüsü ilə cəbhə bölgəsinə yardım etmək üçün, müdafiə nazirliyinin qaynar xətti ilə daima əlaqə saxlayır və lazım olan tibbi, ərzaq bağlamaları çatdırır.

Onun övladları da təhsil aldıqları məktəbdə orduya yardım aksiyasına qoşulublar.

Həmin kateqoriyadan