“Amma nədənsə idmanın adı gələndə, iş adamları qaçıb gizlənirlər”

Azərbaycan Braziliya ciu-citsu ictimai birliyinin, eləcə də “Qarapapaq” tanıtım və döyüş klubunun prezidenti Aqil Acalov sonxeber.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, iş adamlarını idmana dəstək verməyə çağırıb:

“İdman – öz ölkəsini dünyada tanıdan əsas sahələrdən biridir. Bəzən bizə sual verirlər ki, niyə qeyri-olimpiya idman nözləri üzrə yüksək səviyyəli yarışlar az keçirilir və ya nüfuzlu döyüş təşkilatlarında niyə az idmançılarımız çıxış edirlər. Bu, dövlətdən asılı bir şey deyil, iş adamları maraqlı olmalıdırlar.

Çox təəssüf ki, bizdə idmana himayədarlıq etmək mədəniyyəti o qədər də inkişaf etməyib. Bir çempionu yetişdirmək asam məsələ deyil, böyük maliyyə tələb edir. Dövlət müəyyən mərhələyə qədər köməkliyini edir, ancaq çox şaxəlidir. Onda artıq sponsorların rolu lazımdır.

Amma nədənsə idmanın adı gələndə, iş adamları qaçıb gizlənirlər. Əfsuslar olsun ki, sponsor məsələsində qıtlıq var. Başqa ölkələrdə belə deyil. Hətta eləsi var, bizim idmançıya hamilik edirlər. “

Həmin kateqoriyadan