Aqşin İsmayılov: Əsas məqsəd təcrübə yığmaq idi

«Dağ velosipredi bizdə təzə yaranıb. Ona görə indidən nəticə gözləmək sadəlövlk olar». Allsport.az saytı xəbər verir ki, bunu Bakıda keçirilən sınaq yarışında 14-cü yeri tutmuş Aqşin İsmayılov dedi. Velosipedçimizin sözünə görə, hazırlığını daha artırıb, gələn il qənaətbəxş çıxışa ümid edə bilər:

«Marşrut çətin idi – risk tələb edirdi. Bu yarışda bir texniki yol vardı. Orada çox güc tələb edir. Külək də də çıxışımıza müəyyən dərəcədə təsir göstərdi. Yarışa az hazırlaşmışdıq.

Çünki bu velosipedin bu növü bizdə yeni yaranıb. Əsas məqsəd təcrübə yığmaq idi. Gələn il Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında yaxşı çıxış etmək üçün, əlimizdən gələni edəcəyik».

Həmin kateqoriyadan