Avarçəkənimiz Fransada qitə çempionu oldu

Fransada sahil avarçəkməsi üzrə Avropa çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, Diana Dımçenko 1-nəfərlik qayıqda həm Azərbaycan kanoe və avarçəkmə federasiyası, həm də Bakı avarçəkmə kanoe idman klubu adından çıxış edib.

O, hər iki kateqoriyada ən yüksək mükafata sahib çıxıb. Azərbaycan kanoe və avarçəkmə federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq “A finalına vəsiqə qazanıb.

6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 – 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.

Bakı avarçəkmə və kanoe idman klubu adından çıxışlarda da Diana “A” finalına vəsiqəni təmin edib. Bu yürüş də finişə hamıdan birinci çatıb.

Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında da qızıl medala sahib olub.

Həmin kateqoriyadan