Avarçəkənimizdən İtaliyada gümüş medal

İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki, sayca 38-ci dəfədir keçirilən yarışda yığmanın Diana Dımçenko ardıcıl ikinci il fərxi kürsüdə yer alıb.

O, 1 nəfərlik qayıqda 2000 m məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq əsas – “A” finalına vəsiqə qazanıb. Burada idmançımızı qızıl medaldan cəmi bir neçə saniyə ayırıb (08:05:47). Serbiyalı Arsik Yovanadan (08:01:16) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub.

Dımçenko ötən il “Paolo De Aloya” turnirində birinci yer tutub.

Həmin kateqoriyadan