- Baxış sayı: 112
- 09 Avqust 2026 13:33
- Baxış sayı: 62
- Avqust 10, 2026
- 0

Azərbaycan kanoe və avarçəkmə federasiyası Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində təmizlik aksiyası təşkil edib. Allsport.az saytı xəbər verir ki, tədbir bu il Azərbaycanda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası – COP29-a dəstək xarakteri daşıyır.
Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etməkdir. Təmizlik aksiyası zamanı həm “Kür” OTİM-in ətrafı, həm də Kür çayında iməcilik keçirilib.