Avarçəkmə üzrə Bakı çempionatı

Allsport.az xəbər verir ki, Bulvar ərazisində, “Milan Ekspo”nun qarşısında keçirilən çempionatda paytaxtla yanaşı Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edib. Onlar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparıblar. Bakı çempionatı bir gün davam edib.

Azərbaycan kanoe və avarçəkmə federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir.

Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq.

Həmin kateqoriyadan