Avarçəkmə üzrə ölkə çempionatı

13-14 sentyabrda Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışacaq.

Əsas hədəflərindən biri ölkəmizdə avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək olan AKAF bu məqsədlə Azərbaycan çempionatında əsasən yeniyetmə və gənc idmançıların iştirakına üstünlük verəcək.

Qaliblər medal və diplomla mükafatlandırılacaq. Fərqlənənlər gələcəkdə yığma komandanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda beynəlxalq Mingəçevir reqatasında mübarizə aparmaq fürsəti qazanacaqlar.

Həmin kateqoriyadan