Avropa olimpiya festivalında daha bir medal

Macarıstanın Qyor şəhərində yeniyetmələrin Avropa olimpiya festivalında cüdo üzrə fərdi yarışlara yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu mötəbər yarışda mübarizə aparan millimiz daha bir medal qazanıb.

Oğlanların mübarizəsində 90 kq çəkidə Adil Kərimli bürünc medala sahiblənib. Yarışın ilk günündə Vüsalə Kərimova (40 kq) gümüş mükafatla kifayətlənmişdi.

Həmin kateqoriyadan