Avropa üzgüçülük federasiyasının seçki-hesabat konfransında

Antalyada Avropa üzgüçülük federasiyasının seçki-hesabat konfransı keçirilir.

Allsport.az saytı xəbər verir ki, konfransın gündəliyində olan əsas məsələ büronun hesabatının dinlənilməsi, gələcəkdə görüləcək işlər, növbəti il üçün yarışların təqvim planın təsdiqi və digər təşkilatı məsələlərdir.

Ölkəmizi bu toplantıda AÜF-nin vitse-prezidenti Elçin Həsənov və baş katib Fərid Bənəyarlı iştirak edirlər. Konfrans ərəfəsində federasiyanın rəsmiləri bir sıra görüşlər keçirməyi nəzərdə tutub.

Həmin kateqoriyadan