Azərbaycan-2 dünya yaş qruplarının finalına yüksəlib

Sara Əlixanlı, Aliyə İsmayılovaSənəm Kazımovadan ibarət 2-ci komandamız Bakıda aerobika üzrə dünya yaş qruplarının finalına yüksəlib. Allsport.az saytı xəbər verir ki, gimnastlarımızın çıxışı 17,950 xalla qiymətləndirilib və onlar 6-cı yer tutublar.

Məryəm Topçubaşeva, Fidan İbrahimovaEvelina Kozlovskayadan ibarət 1-ci komanda 17,600 xalla 10-cu olub və həlledici mərhələyə adlaya bilməyiblər.

12-14 yaş kateqoriyasında çıxış edən trioların çıxışında Azərbaycan-2 ilə yanaşı, Rusiya, Rusiya-2, Macarıstan, Macarıstan-2, Portuqaliya, Bolqarıstan və Ukrayna-2 komandaları finalda mübarizə aparacaqlar.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar mübarizə aparırlar.

Həmin kateqoriyadan