Azərbaycan qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlandı

Aprelin 28-30-u aralığında keçiriləcək “Formula 1” üzrə Azərbaycan qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi müəyyənləşib. Allsport.az xəbər verir ki, yarışı izləmək istəyənlər 20 faiz endirimlə təklif olunan kampaniyadan yanvarın 15-dək yararlana bilərlər.

İlkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığındadır.

Yanvarın 15-dən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək.

Biletləri BŞH-ın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin satış nöqtələrindən əldə etmək mümkündür:

• “28 Mall” Ticarət Mərkəzi

• “Gənclik Mall” Ticarət Mərkəzi

• Heydər Əliyev Sarayı

• Köşk №1 (M.Rəsulzadə 3)

• Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)

• 1 saylı “ASAN xidmət” mərkəzi

• 2 saylı “ASAN xidmət” mərkəzi

• 3 saylı “ASAN xidmət” mərkəzi

• 4 saylı “ASAN xidmət” mərkəzi

• Sumqayıt “ASAN xidmət” mərkəzi.

Həmin kateqoriyadan