Azərbaycan üzgüçüləri beynəlxalq turnirə dəvət alıb

Allsport.az xəbər verir ki, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası beynəlxalq turnirdə öz güclərini sınayacaqlar.

Allsport.az xəbər verir ki, 18 idmançıdan ibarət komanda 13-16 aprel tarixlərində keçiriləcək yeniyetmələr arasında beynəlxalq turnirdə iştirak etmək üçün Macarıstanın Şopron şəhərinə yollanıblar.

Turnirdə Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya və Azərbaycan üzgüçülüəri öz güclərini sınayacaqlar.

Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov hisslərini belə ifadə edib:
“Bu üzgülük üzrə çox mötəbər bir beynəlxalq turnirdir. Dünyanın su idman növlərinin ən inkişaf etmiş ölkələri sırasında Azərbaycan idmançılarının da belə bir geniş tərkibdə iştirak etməsi çox qürurvericidir. Bu idmançılarımız üçün böyük beynəlxalq təcrübə olacaq. Belə turnirlərdə üzgüşülərimizin, özü də yeniyetmə üzgüçülərin öz güclərini sınamaları onları gələcəkdə güclü idmançı kimi yetişməsində çox dəstək olur. Bizə bu yarışlarda iştirakına dəstək verdiyi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımızı bildiririk . Bir müddət əvvəl bu yeniyetmələrlə bir neçə dəfə təlim məşq toplantılarında ümumi məşqlər keçirilib. Onlar üçün bu beynəlxalq turnir çox yaxşı təcrübə olacaq. İnanırıq ki, üzgüçülərimiz bu turnirdə yaxşı nəticələr göstərməyə çalışacaqlar”.

Həmin kateqoriyadan