Bədii gimnastlardan gəncəli həmkarlarına mənəvi dəstək

Bədii gimnastika üzrə yığma üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış Nizami yurduna yollanıblar.

Allsport.az saytı xəbər verir ki, Zöhrə Ağamirova, eləcə də qrup hərəkətləri komandası yerli bədii gimnastlarla görüşərək, onlara mənəvi dəstək olublar. Qonaqlar gəncəli həmkarlarına hədiyyələr də təqdim ediblər.

Sonra gimnastlarımız raket atəşi nəticəsində insan tələfatı və dağıntılar olan hadisə yerinə baş çəkib, həmin yerə gül dəstələri qoyublar. Yığmamızın üzvləri, həmçinin hadisə zamanı zərərçəkmiş ailələrə də baş çəkiblər.

Həmin kateqoriyadan