Bədii gimnastlarımız 6 medalla dönür

Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Allsport.az xəbər verir ki, ən çox medalı Kamilla Seyidzadə əldə edib.

O, lentlə icra etdiyi proqramda fəxri kürsünün ilk pilləsinə xalxıb. Seyidzadə gürzlərlə çıxışda gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə bürünc medala sahib çıxıb. Gimnast daha bir “bürünc”ü Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib.

Öz növbəsində, Gözəlova topla hərəkətlərdə bürünc medal qazanıb. Azərbaycanın digər təmsilçisi Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirib və 5-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan