Bədii gimnastlarımız Sofiya dünya kubokunda

Bu gün Bolqarıstan paytaxtında bədii gimnastika üzrə dünya kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, fərdi hesabda ölkəmizi Arzu CəlilovaNərminə Səmədova təmsil edirlər.

Qrup komandalarının yarışında Azərbaycanı Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Məryəm SəfərovaDərya Sorokina təmsil edəcəklər.

Ölkə yığmasının lideri Zöhrə Ağamirova mövsümün növbəti startları üçün fərdi proqrama əsasən hazırlaşır. Sofiyada yarışlar 28 marta qədər davam edəcək.

Həmin kateqoriyadan