- Baxış sayı: 117
- 11 Noyabr 2026 11:35
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

Bədii üzgüçülük üzrə Azərbaycan komandası BƏƏ-nin paytaxtı Abu-Dabi keçirilən beynəlxalq turnirdə iştirak edib.
Allsport.az xəbər verir ki, idmançılarımız yarışı 31 medalla başa vurublar.
8 ölkədən 15 klubun 200-dən çox üzgüçüsünün qatıldığı turnirdə təmsilçilərimiz 18 qızıl, 12 gümüş və 1 bürünc mükafata sahib olublar.
Ev sahibləri, Rusiya, CAR, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmançılarımız ən yüksək nəticələrini göstəriblər.