“Bakı” qitə kubokuna hazırlaşır

Kişi həndbolçularda avrokubok mövsümünə start verilib. Allsport.az saytı xəbər verir ki, qitə miqyaslı yarışda ölkəmizi “Bakı” klubu təmsil edəcək.

Fiziki bacarıqların lazımi səviyyəyə çatdırılması məqsədilə əl topu ustaları sentyabrın ikinci ongünlüyündən məşqə çıxıblar. Hazırlıq həftədə 5 dəfə olmaqla, baş məşqçi Eldar Fərəcov və köməkçi məşqçi Elnur Cahangirovun rəhbərliyi ilə “AHF arena” həyata keçirilir.

“Bakı”nın Avropa kubokunda oyunlarının vaxtı da müəyyənləşib. Azərbaycan çempionu 2-ci təsnifatda Bosniya və Hersoqovinada yerli “Qraçanisa” ilə ilk oyunu oktyabrın 29-da, cavab qarşılaşmasını 1 gün sonra keçiricək.

Həmin kateqoriyadan