Bakı Şəhər Halqasının təmir işləri uzandı

Bakı Şəhər Halqasının təmir işləri uzandı

Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Allsport.az xəbər verir ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Dekabr ayının 2-dən etibarən Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin dekabr ayının 2-də yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbəbindən təmir işləri uzanıb.

Bu gün, dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol xərəkəti tam bağlı olacaq. Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, Bazar ertəsi aradan qaldırılacaq.

Qeyd edək ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Həmin kateqoriyadan