- Baxış sayı: 37
- 12 Noyabr 2026 11:08
- Baxış sayı: 364
- Noyabr 09, 2026
- 0

9-11 sentyabrda Avstriyanın Qrats şəhərində qitə kubokuna hazırlaşan kişilərdən ibarət 3×3 basketbol millisi bu məqsədlə Serbiyaya yollanıb.
Allsport.az saytı xəbər verir ki, təlim-məşq toplanışında Amil Həmzəyev, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət komandamız Novı Sad şəhərində meydan sahibi yığması və bir sıra yerli klublar ilə yoxlama oyunları keçiriblər.
Seçməmiz Serbiyada 8 sentyabra qədər qalacaq. Avropa kubokunda “D” qrupunda rəqiblər Niderland və Belçikadır.