Basketbol millimizdə serbiyalı baş məşqçi

Azərbaycan basketbol federasiyası milliyə yeni baş məşqçi təyin olunması barədə qərar verib. Allsport.az saytı xəbər verir ki, bundan sonra bu postu serbiyalı Aleksandar Trifunoviç tutacaq. Ona litvalı Aurimas Jasilionis yardımçı olacaq. Baş məşqçi ilkin mərhələdə komandaya müəyyən şərtlər altında qəbul olunub.

Qarşıya qoyulan ən mühüm şərtlərdən birincisi 28 iyun – 3 iyul Maltada kiçik ölkələr arasında Avropa çempionatının “C” diviziyonunda millimizin göstərəcəyi nəticə olacaq. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra, məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq.

Həmin kateqoriyadan