Basketbol üzrə Azərbaycan çempionatında hansı klublar iştirak edəcək?

Oktyabr ayının 2-nci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci ölkə çempionatının oyunları “Sərhədçi” olimpiya-idman mərkəzində baş tutacaq. Allsport.az saytı xəbər verir ki, Azərbaycan basketbol liqası adı ilə çempionatda, 3-ü region olmaqla, ümumilikdə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bunlar “AAAF Xırdalan”, “Gəncə”, NTD, “Neftçi”, “Olimpik Şəki”, “Sərhədçi”, “Sabah Bakı”, “Zirvə Astara”dır. Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək.

Çempionatın müntəzəm mövsümündə ilk 4 pilləni tutmuş komandalar pley-ofa vəsiqə qazanacaqlar. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaq.

1 oktyabrda əsas çempionata hazırlıq məqsədi daşıyan mini turnir baş tutacaqdır. Oyunlar, “Sərhədçi”də keçiriləcək.

Həmin kateqoriyadan