- Baxış sayı: 36
- 23 Mart 2025 10:30
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Allsport.az xəbər verir ki, tədbirdə beynəlxalq cüdo federasiyasının (İJF), gənclər və idman nazirliyinin (GİN) və Azərbaycan cüdo federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
Beynəlxalq cüdo federasiyasının məşq və tədris üzrə direktoru Məhəmməd Meridja Bakı “Böyük Dəbilqə” 2025 turnirinin nüfuzlu turnir olması ilə yanaşı, həm də komanda ruhunun, dostluğun və qlobal cüdo icmasının bayramı olduğunu vurğulayıb. O, bu nüfuzlu turnirin dünyanın müxtəlif ölkələrindən cüdoçuları bir araya gətirdiyini, onların bir-biri ilə əlaqə qurmasına və təcrübə mübadiləsi aparmasına imkan yaratdığını qeyd edib. Beynəlxalq cüdo federasiyasının prezidenti Marius Vizerin adından Azərbaycan cüdo federasiyasına və turnirin təşkilatçılarına bu möhtəşəm tədbirə görə dərin təşəkkürünü bildirib.
Daha sonra İJF-in hakimlər komissiyasının baş direktoru Daniel Laskau turnir haqqında ətraflı məlumat verərək, püşkatma mərasiminə start verib.
Bakı “Böyük Dəbilqə” turniri 14-16 fevral tarixlərində milli gimnastika arenasında baş tutacaq.