Britaniya azərbaycanlıları assosiasiyası yaranıb. Cəmiyyətə ünlü idmançı rəhbərlik edəcək

Böyük Britaniyada Azərbaycan diasporunu gücləndirmək məqsədi ilə Britaniya azərbaycanlıları assosiasiyası yaranıb. Allsport.az saytı xəbər verir ki, cəmiyyətə ünlü idmançı, ictimai fəal Hafiz Baxşəliyev rəhbər seçilib. O, Londonda ölkəmiz lehinə mitinqlərin təşkilində fəal soydaşdaşlarımızdandır. Tovuz döyüşlərində Azərbaycana dəstək yürüşləri ilə tədbirdə də xüsusi fərqlənib, videolarda erməni təxribatlarının qarşısını anında almasında öndə gedənlərdən olub. Həmyerlimiz yeni yaranan cəmiyyətlə bağlı müraciət yayıb:

“Birləşmiş Krallıqda “British Azerbaijani Association” (Britaniya Azərbaycanlıları Assosiasiyası) adlı yeni bir cəmiyyət yaradırıq. Məni bu vəzifəyə rəhbər olmağa layiq görən təsisçilər qrupuna dərin təşəkkürümü bildirirəm.

Britaniyada bu cəmiyyətə rəhbər olmağa məndən daha layiqli şəxslər olduğuna əminəm amma başlanğıc üçün bu ağır yükü üzərimə götürməkdən imtina etməməyi həqiqi bir Azərbaycanlı olaraq özümə borc bildim.

Sizlərin də dəstəyi ilə bu şərəfli iş uğrunda mübarizə apararaq vətənimizi bu ölkədə layiqincə təmsil edib, vətəndaşlarımızın birliyini, bərabərliyini təmin etmək və birlikdə düşməndən daha güclü olmağımıza çalışacağıq.

“British Azerbaijani Association” vətənimizə, millətimizə xeyirli olsun”.

На изображении может находиться: 14 человек, в том числе Hafiz Bakhshaliyev, люди сидят, стол и в помещении

Həmin kateqoriyadan