AKAF-in rəsmisi: “Bu reqatada milli komandaların sayı 3 dəfə artıb”

Azərbaycan kanoe və avarçəkmə federasiyasının mətbuat üzrə nümayəndəsi Vüsal Qurbanov açıqlama verdi. Allsport.az saytı xəbər verir ki, o, cənnət Qarabağda – Suqovuşanda 2-ci beynəlxalq turnirin təşkil edilməsini ölkəmizin gücünün və nüfuzunun çox olması ilə əlaqələndirdi:

“İlk beynəlxalq turnir cari ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Suqovuşanda, sonra Mingəçevirdə keçirildi. “Prezident kuboku”nda 5 ölkənin idmançılar mübarizə aparmışdı. Bu dəfə Mingəçevir reqatasında 13 dövlətdən 150-dək avarçəkən çıxış edir”

Həmin kateqoriyadan