“Corriere della sera” Azərbaycanda velosiped idmanının inkişafından bəhs edib

İtaliyanın “Corriere della sera” qəzetinin saytında Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı reportaj yerləşdirilib. Reportajda bildirilir ki, Azərbaycanın ən uğurlu investisiya qruplarından biri olan “Synergy Group” tərəfindən bu ölkədə velosiped idmanının inkişafı dəstəklənir.

Qurum “Davamlı gələcəyə doğru” devizi ilə velosiped idmanı üzrə bir sıra layihələr reallaşdırmaqdadır. Azərbaycanın ilk peşəkar velosiped millisinin sponsoru olan “Synergy Group”un əsas prinsipi bu ölkədə velosiped idmanının inkişafına təkan verməkdir.

Allsport.az xəbər verir ki, reportajda, həmçinin “Synergy Baku”nun baş meneceri David Makuaidin “Bakı-2015” ilk Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək komanda ilə bağlı fikirlərinə də yer verilib. O qeyd edib: “Əsas hədəfimiz ilk Avropa Oyunlarında bütün gücümüzü səfərbər etməkdir. Bu yarışlarda Azərbaycanı təmsil edəcək velosipedçi Maksim Averinə böyük ümid bəsləyirik”.

Həmin kateqoriyadan